`Fənərbağça` - `Qalatasaray` derbisinin hakimləri açıqlanıb

`Fənərbağça` - `Qalatasaray` derbisinin hakimləri açıqlanıb

Oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək
 
Futbol üzrə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək matçın hakimləri açıqlanıb. 
 
"Report"un məlumatına görə, oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
 
Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Halis Özkahya olacaq. Bu, C.Çakırın "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək derbiyə 10-cu təyinatı olacaq. Amma o, cari mövsümdə ilk dəfə derbi idarə edəcək. 
 
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. /

Google+ WhatsApp ok.ru