`Fatihə` və `Bəqərə` surələrinin təfsiri

`Fatihə` və `Bəqərə` surələrinin təfsiri

     Yaşadığımız elm və texnologiya əsrində çox yüksək nailiyyətlərin əldə olunması, hətta yaxın keçmişdə yaşamış insanların təsəvvür belə etməsi mümkün olmayan tərəqqinin hasil edilməsi hamıya aydındır. Artıq insan övladı kosmos texnologiyasına yiyələnmiş, ulduz və kəhkəşanların elmi tədqiqinə başlamış və bir çox göy cisimlərinə kosmik səfərlər etmişdir. Sənaye, kənd təsərrüfatı, məişət və ümumiyyətlə həyatın bütün maddi və fiziki sahələrini texnikalaşdırmaqla insanın həyat səviyyəsini yüngülləşdirmiş, minlərlə insanın görə bilmədiyi işi kiçik cihazların vasitəsi ilə həyata keçirməyə nail olmuşdur.

    Amma bütün bunlarla yanaşı, mənəvi sahələrdə və insani yönlərdə sanki irəliləyişin olmaması, durğunluq və ya tənəzzülün mövcudluğu nəzərə çarpır. Dünya xalqlarının ümumi yaşayış və həyat tərzinə nəzər saldıqda çox dəhşətli və faciəli səhnələrlə rastlaşırıq. Kimlərsə həddini aşmış var-dövlətini saymaqda acizdirlərsə, bəziləri bir tikə çörək pulu tapmaqda, gözünün qabağında gül kimi saralıb-solan övladlarını dolandırmaqda acizdir. Bəziləri ibtidai həyat şəraiti uğrunda, öz varlığını, namus-qeyrətini qorumaq yolunda dişiylə-dırnağıyla çalışır, çarpışır, sürünür... Kimlərsə dünya ağalığına çatmaq üçün müharibələr törədir, şəhərləri viran qoyur, minlərlə günahsız insanı bir andaca od-alov içində yandırır, qadınlara, qocalara, körpələrə rəhm etmir. Xülasə desək, bəşəriyyət istismarçıların, nəyin bahasına olursa-olsun varlanmaq istəyən hegemonların ayaqları altında inləyir, can verir...

Google+ WhatsApp