`Frayburq` yenidən bundesliqaya qayıdır

Yeni mövsümdən Almaniya bundesliqasında oynamağa vəsiqə qazanan ilk klub müəyyənləşib.
 
Qol.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Frayburq" yüksək liqaya vəsiqəni təmin edib.
 
İkinci bundesliqasının 32-ci turunda "Paderborn" üzərində 2:1 hesablı qələbədən sonra  lider "Frayburq"un bu mövsümü ən pis halda ikinci pillədə başa vuracağı dəqiqləşib.
 
Bu isə o deməkdir ki, komanda bir mövsümdən sonra yenidən əsas liqada oynayacaq.
 
Qeyd edək ki, "Frayburq" ötən mövsüm bundesliqanı 17-ci pillədə başa vurduğu üçün ikinci bundesliqaya düşürülmüşdü. /

Google+ WhatsApp ok.ru