Futbolçumuz “qovuldu”, komandası məğlub oldu

Sloveniya çempionatında 35-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
 
Məsimovun klubu doğma meydanda "Çelye" ilə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3.
 
Məsimov bu görüşdə meydana start heyətində çıxıb. Amma o, qarşılaşmanın 47-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.
 
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.
 

 

Google+ WhatsApp ok.ru