Gültəkin Hacıbəyli: `Nazirlər komitəsinin yarsını ixtisar etmək lazımdır`

Son vaxtlarda ölkədə bir neçə qurumun ləğv edilib yeni bir ad altında birləşdirilməsi prosesi gedir. Bu vaxta qədər kifayət qədər çoxlu qurumlar və komitələr var ki, onların ləğvi labüddür. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. "APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası ictimai hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.
 
Mövzu ilə bağlı Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, əslində bu dəyişikliklər formal baxımından olan dəyişikliklərdir: "Ölkədə aparılan ixtisarlar, qurumların birləşdirilmələri olmalıdır. Çünki, Azərbaycan 44 nazirlik və komitə fəaliyyət göstərir. Belə ki, ABŞ nazirliklərin sayı 20-dən bir az artıqdır. Azərbaycanda olan nazirliklərin bəziləri bir-birinin işini təkarlayır. Təbii ki, bu qurumların çoxluğu bürokratiyanın artması, israfçılıq və vəsaitlərin mənimsənilməsinə xidmət edirdi. Bu baxımdan, indiki böhranlı durumda ciddi ixtisarlar olmalıdır.
 
Düşünürəm ki, nazirlər komitəsinin yarsını ixtisar etmək lazımdır. Amma bu dəyişikliklərin olması hansı dəyişikillər yaradacaq sualına cavab vermək üçün ciddi düşünmək lazımdır. Məzmun deyil, forma dəyişikliyi baş verənə qədər heç bir ciddi proses baş verə bilməz. Bu gün ixtisarlarla nəyəsə nail olmaq məsələsi siyasi iradəyə bağldır. Əgər bir qurum yardılırsa və o qurum digər komitələrin və ya qurumların səlahiyyətlərini təkralayacaqsa bu özü şübhələr üçün ciddi əsas verir.
 
Müstəqil olmayan məhkəmənin bərpa edə bilmədiyi insan haqlarını, bu cür formal yaradılan qurumlar necə bərpa edə bilər? Düşünürəm ki, bu cür addımların ciddi şəkildə perspektivi olmayacaq. İslahatlar tək formal xarakter daşımamalıdır, mahiyyət baxımından da ciddi addımlar atılmalıdır. Bu cür qurumları birləşdirməyin əvəzinə ölkədə məhkəmələrin müstəqilliyinin təmin edilməsinə çalışlmalıdır. Məhkəmələrin müstəqil olmasından öncə isə parlament buraxılmalı yeni seçkilər keçirilməlidir. Əks halda ölkədə keçirilən digər sturuktur islahatları heç bir nəticə verməyəcək".

Google+ WhatsApp ok.ru