Hərəkat sədri Qəzzada baş verənlərə susmamağa çağırdı

D18 Hərəkatının sədri Ruslan İzzətli Qəzzada baş verənlərlə bağlı fikir bildirib. Ruslan İzzətli  İsrailin bömbardımanı nəticəsində günahsız insanların, körpə uşaqların ölümünə etiraz edib.
Ruslan İzzətli Maide.az-a açıqlamasında belə dedi: "İsrail ordusu tərəfindən Fələstində günahsız insanlar, körpə uşaqlar öldürülür. BizFələstində uşaq ölümün, haqsız yerə insanların qətil edilməsin çox yaxşı anlayırıq. Çünki, 20 il öncə Azərbaycanda bu cür qətliam və uşaq ölümlərilə üz-üzə qalıb. Bu gün, Fələstinin haqq səsinə dəstək verilmədiyi kimi, bizim də haqq səsimizə 20 il öncə dəstək verilmədi, hələ də o dəstəyi fələstinlilər kimi gözləyirik.  Bəlkə, kimlərsə siyasi maraqları üçün, kimlərsə İsrail gücü qarşısında susa bilər. Amma insan vicdanı qarşısında susmamalıdır. Vicdan və insanlıq hər bir maraqdan üstün olmalıdır.
XXI əsrdə insan və insanlıq əzilməməlidir. İnsan və insanlığa qarşı vəhşi siyasət yürüdən kim olursa olsun, qarşısında olmalıyıq".”

Google+ WhatsApp ok.ru