Həbsdə olan ruhaninin vəziyyəti pisləşib -YENİLƏNİB

Həbsdə olan ruhaninin vəziyyəti pisləşib -YENİLƏNİB

İlahiyyatçı Fərhad Mirzənin yoldaşı 15 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.

Bu barədə Maide.Az-a siyasi məhbusun yaxınları məlumat verib.


Ailəsi bildirib ki, böyrəyindən ağrı tutub. "Qısa görüşdük. Otura bilmirdi. Həbsxana rəhbərliyi həkim çağırıb, böyrəyini USM ediblər. Daş olduğu aşkarlanıb. Hazırda müalicə üçün müəssisə daxilində tibb məntəqəsindədir. Müalicə olunur." ****

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəlində saxlanan siyasi məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb. 
 
Bu barədə maide.az-a siyasi məhbusun yaxınları məlumat verib. Ailəsinin verdiyi xəbərə görə, Hepatit C-dən əziyyət çəkən Fərhad Muradovun dalağından tutan şiddətli ağrı huşunu itirməsinə səbəb olub.  
 
Məhbus yoldaşları nəzarətçilərə dəfələrlə müraciət etsələr də onlar məhbus üçün vaxtında həkim çağırmayıblar. 
 
Fərhad Muradovun xanımı Vüsalə Muradova hazırda cəzaçəkmə müəssisəsinin qarşısındadır. Ona nə telefonla əlaqə saxlamağa, nə də görüşə icazə verilmir.
 
V. Muradovaya Fərhad Mirzənin vəziyyətinin yaxşı olduğunu deyiblər.

Google+ WhatsApp ok.ru