Hacı İlqar İbrahimoğlu: Məhdudlaşdırma və qadağalarla idarə etmək uğursuz yanaşmadır

Sözsüz ki, dini məzmunlu mətbu nəşrlərinin qeydiyyatının çətinləşdirilməsi, reqress səciyyəlidir və insan haqları baxımından güclü geriləmədir. Bunu  Maide.az-a İçərişəhər Cümə Məscidi imam-camaatı, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu deyib. 
 
Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında «Kütləvi informasiya vasitələri haqqında» Qanuna edilən dəyişiyi şərh edən İ .İbrahimoğlu deyib ki, təəssüf ki, qanunverici orqan dini etiqad azadlığı sahəsində geriləməni, o cümlədən, diskriminasiya xarakterli dəyişiklikləri son 6-7 ildə reqular olaraq davam etdirir. “Bunun heç bir məntiqi izahı yoxdur və ola da bilməz. Dövrümüzdə artıq hər kəsə aiddir ki, məhdudlaşdırma və qadağalarla idarə etmək - uğursuz yanaşmadır. Hesab edirik ki, bu yanaşma təcili dəyişməlidir və ölkədə bütün demokratik təsisatlar üçün, o cümlədən dini təmayüllü KİV-lər üçün əlverişli fəaliyyət şəraiti yaradılmalıdır.”-deyə O, bildirib. 
 
Qeyd edək ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında «Kütləvi informasiya vasitələri haqqında» Qanunda dəyişiklik olunub və dəyişikliyə əsasən dini qəzet buraxmaq prosesi çətinləşdirilib.  Qanunun 14-cü maddəsinə edilən əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.  
 

Google+ WhatsApp ok.ru