Hakan Şükür və daha 4 nəfər `Qalatasaray`dan xaric edilib 21 Sentyabr 2016 01:00 İdman "Qalatasaray" klubu "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqədə ittiham olunan üzvlərini klubdan xaric edib. "Hürriyet"ə istinadən verilən xəbərə görə, bu gün məsələ ilə bağlı "Qalatasaray"ın İntizam komissiyasının iclası keçirilib. İclasda keçmiş futbolçular Hakan Şükür, Arif Ərdəm, İsmayıl Dəmiriz, eləcə də İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu və Bursa vilayətinin keçmiş valisi Şəhabəddin Harputun məsələsinə baxılıb. Komissiya bu şəxslərin klub üzvlüyündən xaric olunmasına qərar verib. Xatırladaq ki, barələrində cinayət işi olan H. Şükür və A. Ərdəm hazırda mühacirətdə, H. A. Mutlu və Ş. Harput isə Türkiyədə həbsdədir. İ. Dəmiriz saxlanılsa da, dindirildikdən sonra sərbəst buraxılıb. (apa) / Teqlər : #Hakan Şükür və daha 4 nəfər `Qalatasaray`dan xaric edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib Premyer Liqa: VI turun oyun cədvəli