Hüquq müdafiəçiləri MTN-nin istintaq təcridxanasında monitorinq keçiriblər

 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.
 
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərə görüşüblər: “Orada saxlanılan Elmir İsmayılovla görüşdük. Gürcüstandan Azərbaycana dövlət nömrə nişanlarını qanunsuz olaraq dəyişib avtomobil gətirməkdə təqsirləndirilir. Özünü günahkar bilir. Daha sonra orada saxlanılan Natəvan Məmmədzadə ilə görüşdük. O, İrandan Azərbaycan psixotrop dərman vasitələri keçirmək istədiyi üçün saxlanılıb. Görüşdüyümüz şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.
 
E. Behbudov orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandıqlarını bildirib: “Hər hansı problemi yoxdur. Bir nəfərlik kamerada saxlanılır, heç kimlə görüşmək istəmir”. 

Google+ WhatsApp ok.ru