Çimərlik futbolu üzrə Azərbaycan millisi İsveçrə yığması ilə qarşılaşıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi İsveçrə yığması ilə qarşılaşıb

Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası növbəti oyununu keçirib.

İsveçrə yığması ilə qarşılaşan millimiz 6:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov dubl edib. Hərəyə 1 dəfə Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov fərqlənib.

Millimiz növbəti oyununu sentyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq. (azərtac) /

Google+ WhatsApp ok.ru