Paralimpiyaçılarımızdan ilk - qızıl medal 10 Sentyabr 2016 01:00 İdman Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Qol.az-ın məlumatına görə, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Ramil Qasımov turniri qələbə ilə başa vurub. Mübarizəyə 1/4 final mərhələsindən başlayan idmançımızın ilk rəqibi kubalı Cerardo Rodrigez olub. İlk görüşdə inamlı qələbə qazanan Ramil yarımfinalda almaniyalı Nikolay Kornhassı məğlub edib. Finalda isə ukraynalı Dmitro Soloveyi ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb. Teqlər : #Paralimpiyaçılarımızdan ilk qızıl medal, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çimərlik futbolu üzrə Azərbaycan millisi İsveçrə yığması ilə qarşılaşıb Futzal üzrə dünya çempionatına start verilir