Jurnalist Araz Quliyev hələ də karserdə saxlanılır

14 saylı Cəzaçəkmə müəssisəsində karserdə olan məhbuslardan xəbər var.
 
Maide.az “Cenubnews.com”-a istinadən xəbər verir ki, 2014-cü ilin dekabr ayının 22-də məhkum Elşad Babayevin ölümündən sonra "Tubzon"a aparılaraq müəssisənin rəisi Nizami Quliyev tərəfindən ağır işgəncələrə məruz qalan və hazırda 14 saylı CÇM-ə qaytarılan məhbuslardan bir neçəsi hələ də karserdə saxlanılır.
 
Belə ki, "tubzon"a aparıldıqdan sonra yanvar ayının 10-da iki aylıq karser cəzası verilən 11 məhkumdan cəmi 3 nəfəri karserdən çıxarılıb.
 
Məlumata görə, baş redaktor Araz Quliyev, məhkum Miryusif Seyidov və daha altı məhkum hələdə naməlum səbəbdən karserdə saxlanılır.
 
Qeyd edək ki, mart ayının 10-da vəkil Yavər Hüseynov və ailə üzvləri Araz Quliyevlə görüşüblər.Vəkil Araz Quliyevin səhhətinin yaxşı olduğunu və "tubzon"dan qaytarıldıqdan sonra da karserdə saxlanıldığını bildirib.

Google+ WhatsApp ok.ru