Əfv sərəncamı öncəsi islamçı məhbusların siyahısı açıqlandı

Novruz bayramı yaxınlaşdıqca, əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər təsdiqini tapmaqdadır. Siyasi məhbusların yaxınlarının bu bayramdan gözləntiləri yüksəkdir. Verilən açıqlamalar da əfvə olan ümidləri artırır. Verilən məlumatlarda bildirilir ki, Novruz bayramında verilən əfv sərancamı daha çox siyasi məhbusa şamil ediləcək. Bayram öncəsi yayılan əsas xəbərlərdən biri də prezidentə müraciət edən məhbusların əfvə düşmək ehtimallarının yüksək olması ilə əlaqədardır.
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı FaktXəbər-ə açıqlamasında bildirib ki, mütəmadi olaraq işlər görülür: "Veriləcək əfv əvvəlkilərdən böyüklüyü ilə fərqlənəcək. Bu əfvdə daha çox məhbus azadlığa çıxacaq. Əsas siyasi məhbusların üzərində dayanırıq. Əfv Komissiyasında olanlar bu bayramın özəlliyini gözəl anlayırlar."
 
Qeyd edək ki, sonuncu əfv fərmanınada 3 nəfər islamçı məhbusun adı da əfv siyahısına düşmüşdü. Onlar Muraday Quliyev (5 il), Nahid Qəhrəmanov (4 il) və Ceyhun Quliyev (5 il) idi. Amma buna baxmayaraq, hələ də həbsxanalarda islamçı məhbuslar var. İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin hazırladığı son hesabata görə, hazırda 53 islamçı məhbus ayrı-ayrı həbsxanada cəza çəkir. Onlardan adlarını dəqiqləşdirdiyimiz 35 nəfər bunlardır: 
 
1. Mövsüm Səmədov (Ruhani) - 12 il 
2. Abgül Süleymanov (Ruhani) - 11 il
3. Fəraməz Abbasov (Ruhani) - 11 il 
4. Tale Bağırov (Ruhani) - 2 il 4 ay
5. Araz Quliyev (Jurnalist) - 8 il
6. Nicat Əliyev (Jurnalist) - 10 il 2 ay
7. Axundzadə Ruhulla - 11 il 6 ay
8.Məmmədrzayev Firdovsi - 10 il
9. Səmədov Dəyanət - 10 il
10. Valeh Abdullayev - 8 il 
11. Camalov Qorxmaz - 7 il
12. Hüseynov Elimxan - 7 il
13. Hüseynov Samir - 6 il
14. Tofiqli Emin - 3 il 6 ay
15. Məmmədov Səfər - 3 il 6 ay
16. Əliyev Əli - 4 il
17. Nəsirov Elvin - 9 il
 
18. Röyal Əsgərov - 4 il 6 ay 
19. Bəxtiyar Qurbanov - 4 il 6 ay
20. Ziya Tahirov - 7 il 
21. Rza Ağalı - 7 il
22. Xalid Kazımov - 8 il
23. Surac Ağayev - 5 il
24. Nicat Əliyev - 4 il 6 ay
25. Namiq Kişiyev - 4 il 6 ay
26. Ağadadasov Tərlan - 5 il 6 ay 
27. Davud Kərimov - 6 il,
28. Telman Şirəliyev - 6 il,
29. Seyid Nəsimi Həsənov - 4 il
30. Anar Qasımlı - 5 il 6 ay
31. İlham Hətəməv - 5 il 6 ay
32. Aydın Məmmədov - 2 il 3 ay
33. Rövşən Allahverdiyev - 5 il 6 ay
34. Ramil Vəliyev - 6 il 6 ay
35. Elşad Rzayev - 6 il.
Qeyd edək ki, bunlardan əlavə iki nəfər - elmlər dokturu Elşən Mustafaoğlu və ilahiyyatçı Ceyhun Cəfərov MTN-nin istintaq təcridxanasındadır.

Google+ WhatsApp ok.ru