Kazanda Azərbaycan Kinosu Günləri keçiriləcək

Kazanda Azərbaycan Kinosu Günləri keçiriləcək

Tədbirin təşkilatçısı Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətidir
 
Noyabr ayının 24-dən 26-dək Kazanda Azərbaycan Kinosu Günləri keçiriləcək.
 
"Report" "addnt.ru" portalına istinadən xəbər verir ki, tədbirin təşkilatçısı kimi ənənəvi olaraq Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyəti - "Azərbaycan" çıxış edəcək.
 
Festival 1978-ci ildə "Azərbaycanfilm" kinostudiyasında rejissor Hüseyn Seyidzadə tərəfindən lentə alınmış, Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmiş "Qaynana" musiqili komediyası ilə başlayacaq.
 
Ardından "Hədəf Bakıdır. Hitler necə müharibəni neftə görə uduzdu" sənədli filmi təqdim olunacaq. Qeyd edək ki, Arzu Əliyevanın təşəbbüsü ilə Bakı Media Mərkəzinin və dünya şöhrətli fransız prodüseri Lui Vodevilin birlikdə ərsəyə gətirdiyi bu sənədli film faşizm üzərində qələbədə Azərbaycanın tarixi roluna həsr olunub.
 
Nümayişlər rejissor Eldar Quliyevin "Bir cənub şəhərində" filmi (1969) ilə yekunlaşacaq. Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilib. /

Google+ WhatsApp ok.ru