İlahiyyatçı Elşən Mustafaoğlunun Apellyasiya məhkəmə başlayıb

İlahiyyatçı Elşən Mustafaoğlunun Apellyasiya məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib
 
Bu gün Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Bu barədə "Report"a onun vəkili Əfqan Məmmədov məlumat verib.
 
Vəkilin sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
 
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
 
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. /

Google+ WhatsApp ok.ru