İlahiyyatçı Zülfüqar Mikayılzadənin həbs müddəti uzadılıb 26 İyul 2016 01:00 Hüquq Nəsimi Rayon Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Maide.Az “Report”-a istinadən məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və Z. Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Tale Bağırzadə başda olmaqla, daha bir neçə nəfər saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. Teqlər : #İlahiyyatçı Zülfüqar Mikayılzadənin həbs müddəti uzadılıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Niyə Nardaran hadisələrinin çəkilişləri təqdim edilmir?' Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri məhkəmədə ifadə verib