Lal-kar oğlunu öldürməkdə təqsirləndirilən şəxsə prokuror 20 il iş istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses aprelin 9-da davam etdiriləcək.
 
Qeyd edək ki, ötən il iyulun 21-də Qobu sakini Eldəniz Məmmədov ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

Google+ WhatsApp ok.ru