Leyla və Arif Yunusun məhkəməsi qalmaqalla başladı - YENİLƏNİB - FOTOLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. L.Yunus məhkəmə prosesinə gətirilən hər 2 - rus-azərbaycan dili tərcüməçilərinə etiraz edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə prosesi açıq elan olunandan sonra L.Yunus məhkəmə prosesinə gətirilən hər 2 - rus-azərbaycan dili tərcüməçilərinə etiraz edib.

L.Yunus tərcüməçilərin dəyişdirilməsini istədiyini söyləyib. O, mövqeyini tərcüməçilərin rus dilini mükəmməl bilmədikləri ilə izah edib.

Məhkəmə heyətinin qərarı ilə etiraz qəbul olunub.

Hakim Ə.Hacıyev bildirib ki, məhkəmə prosesində avqust ayının 13-ə kimi fasilə elan olunur.

****

Leyla və Arif Yunusların məhkəmə prosesinin bugünkü iclası da əvvəlki proseslərdə olduğu kimi, yenə qalmaqalla başlayıb. Bu dəfə də məhkəməyə gələnlər zala buraxılmayıb. 


Məhkəmə nəzarətçiləri yalnız bəzi diplomatik nümayəndəliklərin -  Almaniya, İngiltərə və ABŞ səfirliyinin təmsilçilərinin məhkəmə zalına buraxılmasına şərait yaradıblar. Onlar hətta Hollandiya və Fransa səfirliyindən gələnlərə, eləcə də yerli ictimaiyyətin nümayəndəlirinə məhkəmə salonuna daxil olmağa icazə verməyiblər.
 
Bu səbəbdən zalın qarşısında iştirakçılarla məhkəmə əməkdaşları arasında qarşıdurma yaranıb. Əməkdaşlar açıq şəkildə zala heç kəsin buraxılmaması üçün onlara tapşırıq verildiyini bildiriblər.




Google+ WhatsApp ok.ru