Leyla Yunusun iztirabları davam edir - Yenilənib

Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi başlayır

Maide.az xəbər verir ki, vəkil Elçin Qəmbərov Leyla Yunusun üzləşdiyi problemlər barədə "Turan"a açıqlama verib. O bildirir ki, artıq ikinci gündür Leyla Yunusun saxlandığı kamerada 50 dərəcəyə yaxın dözülməz isti var və ombudsmanın bağışladığı ventilyator xarab olub: "Ventilyatorun dəyişdirilməsi ilə bağlı səylərimiz və xahişlərimiz nəticə vermir.
 
L.Yunus bunu məhkəmədən öncə özünə qarşı fiziki və psixoloji təzyiq hesab edir. Onun və digər kamera yoldaşlarının durumu açınacaqlıdır.
 
Qanun bir yana qalsın, yaşlı, xəstə adama qarşı elementar insani mərhəmət olmalıdır. Əgər yerli cəza müəssisələrindəki “avrostandartlar” yayda kameraların isti, qışda soyuq olmasını nəzərdə tutursa bunun adı işğəncədir."
Qeyd edək ki, Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi iyulun 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Əfqan Hacıyev sədrlik edəcək.
Bu barədə Turana vəkil Elçin Qəmbərov məlumat verib.
Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Leyla Yunus iyulun 30-da Arif Yunus isə avqustun 5-də həbs olunub.
Onlar ittihamları rədd edir və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.
Amnesty İnternational təşkilatıonları vicdan məhbusu kimi tanıyıb.
Azərbaycan hakimiyyəti isə dəfələrlə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını bildirib. /
 

Google+ WhatsApp ok.ru