Həbsdə olan ilahiyyatçının həbs müddəti uzadılıb

“Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
 
C. Cəfərovun vəkili Cavad Cavadlının verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
 
Qeyd edək ki, ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
 
C. Cəfərov Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib. İrana qardaşı ilə müalicəyə gedən C. Cəfərov qayıtdıqdan sonra həbs edilib.

Google+ WhatsApp ok.ru