İlkay Gündoğan “Mançester Siti” ilə 4 illik müqavilə bağladı

Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan çıxış etdiyi Dortmund “Borussiya”sını tərk edəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, türk əsilli növbəti mövsümdən etibarən İngiltərənin “Mançester Siti” komandasında oynayacaq. Gündoğan “MS”nin yeni baş məşqçisi Xosep Qvardiolanın istəyi ilə transfer edilir.

Əlavə edək ki, İ.Gündoğandan əvvəl “Borussiya”nın daha bir oyunçusu – Mats Hummels də klubla yolları ayırıb. O, karyerasını “Bavariya”da davam etdirəcək.

Xatırladaq ki, İ.Gündoğan son mövsümdə Almaniya çempionatında 25 oyunda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini edib.

***

İlkay Gündoğan "Mançester Siti" ilə rəsmi müqavilə imzalayıb. Bu haqda klubun saytı xəbər yayıb. Müqavilənin müddəti 4 ildir. Bu transferə görə ingilislər "Borussiya"ya 27 milyon avro ödəyəcək. /

Google+ WhatsApp ok.ru