Reynaldo Braziliyada qəza törətdi 02 İyun 2016 01:00 İdman Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb. Hadisə ötən gün Aqreste ştatında baş verib. Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə motosiklin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir. Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib. Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir (Report). Teqlər : #Reynaldo Braziliyada qəza törətdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hicablı müsəlman qadın - sürətlə qayayadırmanma idmanı üzrə dünya çempionu oldu İlkay Gündoğan “Mançester Siti” ilə 4 illik müqavilə bağladı