İlqar Məmmədov həbsdə qaldı

Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun işi üzrə proses keçirilib.
 
Virtualaz.org bildirir ki, məhkəmə İ.Məmmədov barəsində olan hökmü qüvvəsində saxlayıb.
 
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq onu qismən təmin edib və işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
 
Onu da qeyd edək ki, beynəlxalq təşkilatlar, eləcə də ABŞ hökuməti və Avropa İttifaqı İ.Məmmədovun azadlığa buraxılmasını tələb edirlər.
 
Yeri gəlmişkən, İnsan hüquqları üzrə Avropa Məhkəməsi hətta belə bir qərar qəbul edib. /

Google+ WhatsApp ok.ru