Müdafiə nazirinin sabiq müavinə 8 il həbs 22 Aprel 2016 01:00 Hüquq Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Maide.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. Teqlər : #Müdafiə nazirinin sabiq müavinə 8 il həbs, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlqar Məmmədov həbsdə qaldı Azərbaycanda borcu belə versəniz pulunuz batmaz – 7 QAYDA