Məhkəmə Hacı Ceyhun Cəfərova həbs qərarı verdi

Səbail rayon məhkəməsi Hacı Ceyhun Cəfərov barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçib. Məlumata görə, C.Cəfərov dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham olunur.
 
Qeyd edək ki, “Təkamül” Tərcümə Mərkəzinin direktoru, ilahiyyatçı Ceyhun Cəfərov mart ayının 10-u MTN əməkdaşları tərəfindən həbs olunub.    
 
Xatırladaq ki, ötən il dekabrın 12-də ilahiyyatçı Elşən Mustafaoğlu da MTN tərəfindən saxlanılıb. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
 
Onu da qeyd edək ki, Ceyhun Cəfərovdan fərqli olaraq, Elşən Mustafaoğlu dövlətə xəyanətdə ittiham olunurdu.(İslamazeri.az)

Google+ WhatsApp ok.ru