Məhkəmə Hüseyn Abdullayevin anasının şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının apellyasiya şikayətinə baxılıb.
 
Məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki,  Z.Abdullayeva ölkədən getməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.
 
Məhkəmə iddianı təmin etməyib. Bundan sonra o, apellyasiya şikayəti verib.

Google+ WhatsApp ok.ru