Rauf Mirqədirov barəsində sabah qərar veriləcək

Bu gün Bakı Apelyasiya Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
 
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.
 
Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, prosesdə o və müvəkkili çıxış edərək bəraət istəyiblər. Lakin dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
 
Çıxışlardan sonra hakim müşavirəyə yollanıb. İş üzrə qərar martın 17-də açıqlanacaq.
 
Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.(trend)

Google+ WhatsApp ok.ru