Maqsud İbrahimbəyov: “Rüstəm nə edəcəyini yaxşı bilir, uşaq deyil ki!”

“Bakıdayam, amma bir az xəstələnmişəm. Görünür, havaların dəyişkən keçməsi ilə bağlıdır”.  Maide.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında xalq yazıçısı, Milli Məclisin sabiq deputatı, “Əsilzadələr məclisi”nin sədri Maqsud İbrahimbəyov deyib.
 
Maqsud İbrahimbəyov “Əsilzadələr məclisi”nin fəaliyyətinə toxunaraq, artıq köhnə üzvlərin olmadığını deyib.
 
““Əsilzadələr məclisi”nə  daxil olmaq üçün yeni-yeni müraciətlər daxil olur və biz də üzv olmaq istəyənləri qəbul edirik. Təbii ki, məclisin köhnə üzvləri yavaş-yavaş dünyasını dəyişir. Kimsə bir yerdə axıra qədər qalmayacaq ki! Mənim də vaxtım çatanda bu dünya ilə vidalaşacam”.
 
Məclisin sədri manatın devalyasiyasından da danışıb.
 
“Manatın devalvasiyası bizim məclisə təsir etməyib. Hər bir iş qaydasındadır”.  
 
“Qardaşınız  Rüstəm İbrahimbəyovla  telefon danışığınız zamanı Bakıya nə vaxt gələcəyi barədə soruşmusunuzmu” sualına Maqsud İbrahimbəyov belə cavab verib.
 
“Rüstəm İbrahimbəyovla son günlərdə  telefon əlaqələrimiz olmayıb. Çünki Rüstəm Amerikadadır. Orada yaşayır. Həm də Rüstəmin 17 yaşı yoxdur ki, ondan Bakıya nə vaxt gələcəyini soruşum. Bunu Rüstəmin özündən soruşsanız daha yaxşı olar. Rüstəm nə edəcəyini daha yaxşı bilir. O, uşaq deyil ki!”.
 
Maqsud İbrahimbəyov bu ilin payızında keçiriləcək parlament seçkiləri haqqında  bunları deyib.
 
“Bu ilin noyabrında parlament seçkiləri keçiriləcək. Təbii ki, mən də uzun müddət Milli Məclisin deputatı olmuşam. Amma indidən sizə seçkilərə qatılmağım barədə heç nə deməyəcəm. Siz yaxşısı budur, mənimlə oktyabrda əlaqə saxlayın! O zaman deputatlığa namizəd olduğumu biləcəksiniz. Çünki indidən bu barədə danışmaq çox tezdir”.
 
Qeyd edək ki, Maqsud İbrahimbəyov nasir, kinodramaturq, rejissor, AYB-nin üzvü, xalq yazıçısıdır. O, 1995-ci, 2000-ci və 2005-ci illərdə Milli Məclisin deputatı olub. Tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun ögey qardaşıdır.

Google+ WhatsApp ok.ru