Mübariz Qurbanlı: “Orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacaq”

“Orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacaq”.
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.  M. Qurbanlı deyib ki, orta məktəblərdə “Həyat Bilgisi” dərsliyində dinlər barədə məlumat verilir: “O cümlədən ədəbiyyat və tarix dərslərində də bu barədə məlumatlar var. Belə bir fikir vardı ki, 10-cu sinifdə bir rüb ərzində dinlə bağlı dərs keçirilsin. Sonradan qərara alındı ki, bunun əvəzində həmin dərsliklərdə dinlə bağlı xüsusi olaraq, dində yaranmış müxtəlif cərəyanlar, radikal qruplar haqqında məlumatlar geniş şəkildə verilsin. Bu variant üzərində dayanılıb”. 

Google+ WhatsApp ok.ru