`Müdafiə sənayesinin inkişafı İranın mütləq haqqıdır`

`Müdafiə sənayesinin inkişafı İranın mütləq haqqıdır`

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ötən gün Tehranda İmam Xomeyni (r.ə) adına hüseyniyyədə müdafiə sənayesi məhsullarına baxış, məsullar və mütəxəssislərlə görüş keçirib. 
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bildirib ki,dünyaya imperialist güclərin hakim olduğu, onların ölkələrə təcavüzü və günahsız insanların qətlindən çəkinmədiyi zamanda müdafiə və hücum sənayesinin gücləndirilməsi tam təbiidir. 
 
Ayətullah Xamenei İranın müdafiə sənayesindəki irəliləyişlərini ötən on iki ildə ölkənin böyük elmi hərəkətinin nəticəsində olduğunu vurğulayıb və deyib ki, İranın gənc alimləri elmin sərhəd xətlərini sındırmağa müvəffəq olublar və bu, qüdrətlə davam etdirilməlidir, ona görə ki, hər bir sahədə inkişaf digər bölmələrdə yeni irəliləyişlərə zəmin yaradacaq. “Minimum insanlıq, vicdan və əxlaq cövhərinə malik olan zorakı qüdrətlərin hakim kəsildikləri və ölkələrə təcavüzdən və günahsız insanları qırğın etməkdən qorxmadıqları bir dünyada müdafiə və hücum sənayesinin inkişafı tamamilə təbiidir. 
Bu ölkələr sənin gücünü hiss etməsələr təhlükəsizlik təmin olunmaz.”
 
Ayətullah Xamenei bildirib ki, insanı sevindirən müdafiə gücü ilə yanaşı alim, araşdırmaçı, düşüncəli, fəal, imanlı insan potensialının varlığıdır. “Alim və imanlı insanların varlığı misilsiz dəyərə malik nemətdir. Biz müdafiə sənayesinin genişləndirilməsində hədd gözləyirik. Dini etiqadımıza görə, kütləvi qırğın silahları, kimyəvi silahlar, nüvə silahı qadağandır. Təhlükəsizliyin təmini üçün müdafiə gücü ilə yanaşı hücum iqtidarı olmalıdır. İmperialist güclər heç bir əxlaqi səlahiyyətə malik deyil. Amerikanın hər iki partiyası böyük cinayətlərə yol verib. Amerikanın hazırkı dövləti bir terror qrupunu zahirdə hücuma məruz qoyur və başqa bir terror qrupunu müstəsna edir ki, onun mənası, siyasətin əxlaqa hakimiyyətidir. Əgər təsəvvür etsək ki, Amerika ilə müzakirə ilə anlaşmaya və ortaq cəhətlərə çatmaq olar, səhv etmiş olarıq. Təcrübə sübut edibdir ki, amerikalılar müzakirələrdə anlaşma yerinə, öz istəklərini qəbul etdirmək ardıncadırlar.”
 
 

Google+ WhatsApp ok.ru