Mehman Əliyev: “2016-cı ilə qədər ölkədə siyasi məhbuslar probleminin həll olunacağını düşünürəm”

May ayı ölkə üçün daha aktv bir ay hesab olunur. Bir çox siyasi və idman layihələri ərəfəsində ölkədə ciddi dəyişikliklərə imza atıla bilər. Bunun daha çox siyasi məhbuslarla bağlı verilən qərarlarda özünü göstərəcəyi istisna olunmur. Bəzi ekspertlər isə daha ciddi dəyişiklikləri gözlədiklərini ifadə edirlər.
 
Maide.az-ın məlumatına görə, may ayında daha ciddi əfv fərmanının veriləcəyini gözlədiyini deyən “Turan” İnformasiya Agenetliyinin rəhbəri Mehman Əliyev deyerler.org-a fikirlərini bölüşərkən bildirib ki, buna kifayət qədər imkan var: “May ayında Avropa Şərq Tərəfdaşlığı paroqramı çərçivəsində Riqa sammiti fəaliyyətə başlayacaq. Azərbaycanın da bu zirvə görüşündə aktiv iştirakı gözlənilir. Daha sonra 1-ci Avropa Olimpiya oyunları gəlir. Bu baxımdan düşünürəm ki, may ayında ciddi əfv olacaq. Mart ayında olandan fərqli olaraq, bu ay daha çox insan bu siyahıya düşəcək”.
 
M.Əliyev instintaqı başa çatmayan siyasi məhbus adı altında həbsdə olanların işləri ilə bağlı da pozitiv düşündüyünü deyərək bildirib ki, bu cür məsələləri məhkəmə qərarlarına bağlamır: “Azərbaycan qanunlarla idarə olunan bir dövlət deyil. Azərbaycanda azad məhkəmə sistemi yoxdur. Bu yaxınlarda Avropa Birliyi Azərbaycanda məhkəmə sistemi ilə bağlı bildirmişdi ki, bu qurum siyasi sifarişləri həyata keçirdir. Bu baxımdan hesab edirəm ki, hər hansı siyasi qərar qəbul edilə bilər. Buna kifayət qədər imakan var. Sadəcə ortada siyasi iradə olmalıdır. Bu baxımdan mən bu cür məsələləri məhkəmə qərarlarına bağlamazdım.
Ümumiyyətlə 2016-cı ilə qədər ölkədə siyasi məhbuslar probleminin həll olunacağını düşünürəm. Şəxsən mən bunu geniş islahatlara paketi çərçivəsində görürəm”.

Google+ WhatsApp ok.ru