Mehman Hüseynova 2 il həbs verildi

Mehman Hüseynova 2 il həbs verildi

Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 2 il həbs verilib.
 
Bu haqda Suraxanı rayon Məhkəməsi qərar verib.
 
Bir qədər öncə iddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyi ilə məhkəmə heyəti müşavirəyə getmişdi. Hakim yarım saatlıq müşavirədən qayıdaraq qərarı elan edib.
 
Martın 2-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.
 
Bildirək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.
 
Şikayət məhkəmə baxışına qəbul edilib. M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.
 

Google+ WhatsApp ok.ru