Metronun `Həzi Aslanov` stansiyasında eskalatorun təmiri başa çatıb

 Bakı metrosunun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.
 
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
"Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir", - deyə N. Paşayev bildirib.
 
Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılıb.

Google+ WhatsApp ok.ru