Milli Məclis Azərbaycan Ombudsmanının hesabatını qəbul edib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2014-cü il üzrə illik məruzəsi dinlənilib. Maide.az xəbər verir ki, illik məruzəni Ombudsman Elmira Süleymanova oxuyub.
Onun sözlərinə görə, fəaliyyəti dövründə Müvəkkilin ünvanına ümumilikdə 114 690, 2014-cü ildə isə 13 150 müraciət daxil olub: "Həmin müraciətlərin 74,2%-i şikayətlərdən, 25,8%-i isə ərizələrdən ibarət olub. Keçən il aparatda və regional mərkəzlərdə ümumilikdə 2 468 şəxs ilkin olaraq qəbul edilib, 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlə bağlı aparata qəbul olunub, onlara müvafiq məsləhət və izahatlar verilib".
E.Süleymanova deyib ki, şikayətlərin 49%-i baxılması üçün icraata qəbul olunub, bunlardan 56,8%-i təmin olunub.
Müzakirələrdən sonra Ombudsmanın illik hesabatı səsverməyə çıxarılaraq qəbul olunub.

Google+ WhatsApp ok.ru