Milli Məclisin binası qarşısında ‘Qarabağda müharibə tələb edirik’ adlı aksiya 27 May 2020 09:57 Hüquq Mayın 26-da bir qrup fəal Milli Məclisin binası qarşısında “Qarabağda müharibə tələb edirik” adlı mitinq keçirməyə cəhd edib. Aksiya iştirakçılarının bildirdiyinə görə, onlar parlamenti deputatların ölkənin maraqlarını müdafiə etməməsində günahlandırırlar. “Ermənilər Şuşanı paytaxt elan edirlər. Bizim parlamentin 99 deputatı isə İrandan Azərbaycanın işğal olunmuş ərazilərinə körpünün çəkilməsinə razılıq verir. Buna görə də biz etiraz edirik”, - iştirakçılardan biri deyib. Hadisə yerinə gələn polis dəstələri etiraz aksiyasının iştirakçılarını saxlayıb. Müsavat Partiyasının üzvü İlqar Mahmud polis maşınında aparılıb. Digər 11 iştirakçı avtobusla polis bölməsinə aparılıb. Qalanları aksiya yerindən uzaqlaşdırılıb. /contact.az Teqlər : #Milli,#Məclisin,#binası,#qarşısında,#‘Qarabağda,#müharibə,#tələb,#edirik’,#adlı,#aksiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yevlaxda iğtişaşların iştirakçıları saxlanılıb Jurnalist Akkord şirkətinin mənzilini əsassız olaraq əlindən aldığını iddia edir