Millimiz dünya çempionatının 1/8 finalında

Millimiz dünya çempionatının 1/8 finalında

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. 
 
Qol.az-ın məlumatına görə, bu gecə mundialda qrup mərhələsinə yekun vurulur. 
 
F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla görüşüb. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyırdı. 
 
Qarşılaşma millimiz üçün qələbəyə bərabər heç-heçə ilə tamamlanıb. Bununla da xallarının sayını 4-ə çatdıran Azərbaycan millisi İspaniyanın ardından qrupda ikinci yeri tutmaqla 1/8 finala vəsiqə qazanıb. 
 
Azərbaycan - İran 3:3
 
Qollar: Esmaeilpour, 1 (0:1), Bolinha, 2 (1:1), Tavakoli, 21 (1:2), Qallo, 22 (2:2); 32 (3:2), Tayebi, 36 (3:3
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”
 

Google+ WhatsApp ok.ru