Milli Park Etibar Priverdiyevi məhkəməyə verib

Hirkan Milli Parkı "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. Milli Park zərərin əvəzinin ödənilməsini tələb edir.
 
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
 
Qeyd edək ki, Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il fevralın 9-da yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir.
 
"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.
 
Qeyd edək ki, Azenco-nun sahibi “Azərenerji”nin keçmiş sədri Etibar Priverdiyevdir.

Google+ WhatsApp ok.ru