Moskva məhkəməsi azərbaycanlını uşağı intihar həddinə çatdırmaqda müqəssir bilib

Moskva məhkəməsi Azərbaycan əsilli Zahid Mamaliyevi uşağı intihar həddinə çatdırmaqda müqəssir bilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən "Moskva" agentliyi məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, faciəvi hadisə 2014-cü ilin oktyabrında baş verib.
Bildirilir ki, həmin vaxt müttəhimin oğlu ilə sinif yoldaşı arasında mübahisə baş verib. Mamaliyev məsələyə müdaxilə etmək qərarına gəlib. O, 23 oktyabr 2014-cü ildə məktəbə gələrək oğlu ilə mübahisə edən uşağı təhdid etməyə başlayıb. Yeniyetmə elə həmin gün özünə qəsd edib. Hadisə baş verən zaman onun 10 yaşı olub.

Google+ WhatsApp ok.ru