MTN-in tutduğu məktəb direktoru həbsdə ölüb 01 Noyabr 2017 02:00 Hüquq -- O, 12 il müddətinə azadlıqdan məhrum edilibmiş Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb. B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub. O, 12 il müddətinə azadlıqdan məhrum edilib. Teqlər : #MTNin tutduğu məktəb direktoru həbsdə ölüb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Partiya sədri həbs edilib “Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü