MTN-nin təcridxanasının aqibəti necə olacaq?

"MTN-nin təcridxanasının aqibəti necə olacaq?". Maide.az xəbər verir ki, suala "Azadlıq" qəzeti cavab axtarıb.
 
Qəzet yazır ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından təyinatından kənar məqsədlər, daha çox işgəncə üçün istifadə olunduğu barədə məlumatlar gəlirdi.
 
Artıq dövlət başçısının 14 dekabrda imzaladığı fərmanla MTN ləğv edilib və onun bazasında iki struktur yaradılıb. Lakin MTN-in təcridxanasının bu qurumlardan hansının tabeliyinə verilməsi hələlik məlum deyil.
 
Hüquqşünas Əyyub Kərimov hesab edir ki, sözügedən təcridxana Mədət Quliyevin rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin tabeliyinə verilməlidir: «Xarici Kəşfiyyat Xidmətinin təcridxanasının olmasını mən hələlik eşitməmişəm. Əsas məsələlərdən biri də hər iki qurumun bir binada yerləşməsidir. Bir çox dövlətlərdə əks kəşfiyyat ayrıca binada yerləşir. MTN-nin mövcud təcridxanası isə düşünürəm ki, qalacaq və Mədət Quliyevin tabeliyinə veriləcək».

Google+ WhatsApp ok.ru