Mövsüm Səmədova ailəsi ilə görüşə icazə verilmədi

Bu gün AİP sədri Mövsüm Səmədovun ailəsi ilə rəsmi görüş günü olsa da, yaxınları onun yanına buraxılmayıb.
 
Maide.az-ın məlumatına görə, bu haqda islaminsesi.org-a hacının xanımı Mehparə Səmədova məlumat verib.
 
Mehparə xanımın dediyinə görə, 12 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları onlara nəinki Mövsüm Səmədovla görüşməyə icazə verməyiblər, hatta gətirdikləri ərzaq bağlamalarını da qəbul etməkdən imtina ediblər. Bunun səbəbləri barədə isə onlara heç bir izahat verilməyib. 

Google+ WhatsApp ok.ru