AXCP rəsmisi barədə 4 aylıq həbs qərarı çıxarılıb

Noyabrın 25-də Bakının Nərimanov rayonu ərazisində avtomobilindən aparılan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin yeri məlum olub.
 
AXCP sədrinin müşaviri Məmməd İbrahim deyib ki, Asif Yusiflini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həbs edib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qərarı çıxarılıb: “Noyabrın 26-sı günorta saatlarında Nərimanov Rayon Məhkəməsindən bir vəkil mənə zəng vuraraq bildirdi ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həbs edib və barəsində həbs qərarı seçilməsi üçün onu Nərimanov Rayon Məhkəməsinə gətiriblər. Məhkəmə Asif bəy barəsində dörd ay həbs qətimkan tədbiri seçib”.
 
Asif Yusifli dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Google+ WhatsApp ok.ru