Mövsüm Səmədova təzyiqlər davam edir

Qobustan həbsxanasında onun hüquqları hər gün pozulur
 
Şənbə günü Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə ciddi rejimli qapalı Qobustan həbsxanasında görüşü baş tutub.
 
İslaminsesi.org Anar Qasımlı ilə əlaqə yaradaraq hacı Mövsümün durumu ilə maraqlanıb. Vəkilin sözlərinə görə, Mövsüm Səmədov saxlanma şəraitindən şikayətlənib. Ona qarşı təzyiqlərin gündən-günə gücləndiyini, tam təcridolma şəraitində saxlanıldığını deyən müvəkkilinin əsas narazılığının əvvəlki kimi ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz qalması olduğunu vurğulayıb.
 
Anar Qasımlı Mövsüm Səmədovun mənəvi durumunun qaydasında olduğunu, amma səhhətində bəzi problemlərin qaldığını, əqidə dostlarına və tanışlara salam göndərdiyini deyib.

Google+ WhatsApp ok.ru