N.Cəfərli prokurorluqda dindirilib

N.Cəfərli prokurorluqda dindirilib

REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
 
O, AzadlıqRadiosuna deyib ki, dindirilmə 2 saat yarım davam edib: «Əsas suallar İranın Azərbaycandakı səfirliyinin katibinin yanvarın 19-da REAL-ın ofisinə gəlməsi, danışıqların məzmunu, bir də pul alıb-almamağımızla bağlı idi. Biz də sualları cavablandırdıq».
 
N.Cəfərli dindirilmənin təfərrüatları haqda geniş danışa bilməyəcəyini söyləyib: «Bir şər-böhtan yazıya görə dindirilirik. Mənə qədər Azər Qasımlı dindirilib. Bu bizə yəni, REAL-a təzyiqlərin davam etməsidir. REAL sədri İlqar Məmmədov həbsdədir, indi də təzyiqlər davam edir». (azadliq.org)
 

Google+ WhatsApp ok.ru