Nardaran hadisələrinə görə həbs edilən daha dörd nəfər azadlıqda

Nardaran hadisələrinə görə həbs edilən daha dörd nəfər azadlıqda

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb.
 
APA-nın məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.
 
Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.
 
Qeyd edək ki, Nardaran hadisəslərinə görə həbs olunmuş 14 nəfər bir neçə gün əvvəl azadlığa buraxılb.
 
 

Google+ WhatsApp ok.ru