`Nardaran işi` üzrə məhkəmə prosesi davam etdirilib

`Nardaran işi` üzrə məhkəmə prosesi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Əliyev və M.İbrahimov ifadə veriblər.
 
Hər iki şəxs özlərini təqsirli bilmədiklərini deyib.
 
Proses günün ikinci yarısında davam etdiriləcək. (report) /

Google+ WhatsApp ok.ru