Nardaran hadisələrinə görə tutulan şəxslərin həbs müddəti uzadılıb

Nardaran hadisələrinə görə tutulan şəxslərin həbs müddəti uzadılıb

 
Nahid Qəhrəmanov və digər şəxslərin həbs müddəti üç ay artırılıb
 
Bu gün Nəsimi Rayon Məhkəməsi Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov və digər şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılıması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
 
Bu barədə "Report"a vəkil Bəxtiyar Hacıyev bildirib.
 
Vəkilin sözlərinə görə, istintaq orqanın verdiyi təqdimat təmin edilib, N.Qəhrəmanov və digər şəxslərin həbs müddəti üç ay artırılıb.
 
B.Hacıyev həmçinin N.Qəhrəmanovun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət verdiyini də bildirib. Vəsatətə sabah baxılacaq. /

Google+ WhatsApp ok.ru