`Nardaran işi`: Vəkillər barədə Vəkillər Kollegiyasına müraciət olunacaq

`Nardaran işi`: Vəkillər barədə Vəkillər Kollegiyasına müraciət olunacaq

Proses günün ikinci yarısında davam etdiriləcək
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin bəzilərinin vəkillərinin gəlmədiyi elan olunub.
 
Bu səbəbdən hakim prosesin keçirilməsinin mümkün olmadığını bildirib. Hakim Z.Ağayev qeyd edib ki, iclasda iştirak etməyən vəkillərin barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət ediləcək.
 
Proses günün ikinci yarısında davam etdiriləcək. /

Google+ WhatsApp ok.ru