''Nardaran işi''ndə təqsirləndirilənlər vəkillərindən imtina edib

''Nardaran işi''ndə təqsirləndirilənlər vəkillərindən imtina edib

''Nardaran işi''ndə təqsirləndirilənlər vəkillərindən imtina edib
'
'Məhkəmə qərar versə, onda təqsirləndirilən şəxslər iclasa gətiriləcəklər''
 
Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi olub.
 
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyib. Vəkil Nemət Kərimli onların iclasdan nə vaxta qədər təcrid olunacaqlarını sual edib. Hakim “nə vaxt məhkəmə qərar versə, onda təqsirləndirilən şəxslər iclasa gətiriləcəklər”, - cavabını verib.
 
Vəkil Nemət Kərimli müvəkkili Abbas Hüseynovla görüşüb, məsləhətləşmək istədiyini bildirib. Hakim təcridxanada və məhkəmədə görüşə biləcəklərini söyləyib.
İmtinaya səbəb isə''Nardaran işi''ndə təqsirləndirilənlərin məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasovun kobud prosessual pozuntulara və ədalətsizliyə yol verməsi olduğu bildirilir. 
 
 Qeyd edək ki, sonuncu iclasda təqsirləndirilən şəxslərin hakimə etirazından sonra Ə.Abbasov prosesin onların iştirakı olmadan keçirilməsinə qərar verib.
 
Proses dekabrın 12-də davam edəcək.(meydantv/islminsesi) 
 

Google+ WhatsApp ok.ru